HASANLY

HASANLY Xəbərlər 20-05-2025, 13:11

Prezident: "Azərbaycan davamlı sülh və sabitlik üçün konstruktiv səylərini qətiyyətlə davam etdirir"

Prezident: "Azərbaycan davamlı sülh və sabitlik üçün konstruktiv səylərini qətiyyətlə davam etdirir"

"Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilib. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinin və insan haqlarının açıq tapdalanması idi".

Loading.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir.

Dövlətimizin başçısı müraciətində, həmçinin qeyd edib: "İşğal olunmuş ərazilərdə illər ərzində təbii sərvətlərimizin qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürüb. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı, həmin ərazilərə həyatın və qanunçuluğun qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olub. Azad edilmiş torpaqların tərəqqi məkanına çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 162 165 154 186 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.