weher uwagi

weher uwagi Xəbərlər 21-05-2025, 11:09

Sergey Şoyqu - 70

Sergey Şoyqu - 70

Rus dövlət və hərb xadimi, Rusiya Federasiyasının müdafiə naziri (2012–2024), ordu generalı (2003), Rusiya Federasiyasının Qəhrəmanı (1999) olan Sergey Küjüget oğlu Şoyqu (rusca Серге́й Кужуге́тович Шойгу́; tuva: Сергей Күжүгет оглу Шойгу) 21 may 1955-ci ildə Tuva Muxtar Vilayətinin Çadan şəhərində anadan olub. Atası Tuva türklərindən — Kujuqet Seree oğlu Şoyqudur, anası isə milliyətcə rusdur. Atası doğulanda Şoyqu ad, Kujuqet isə soyad olmuşdur. Lakin doğum şəhadətnaməsi alanda qeydiyyatçı məmurunun səhvi səbəbindən Şoyqu soyad, Kujuqet isə ad kimi yazılmışdır. Beləliklə özü də bilmədən qeydiyyat şöbəsinin işçisi Şoyqu soyadında yeni nəslin təməlini qoymuşdur.

Maraqlıdır ki, dünyanın ikinci ən böyük ordusunun rəhbərinin hərbi təhsili olmayıb. Sergey Şoyqu 1977-ci ildə Krasnoyarsk Politexnik İnstitutunu inşaat mühəndisliyi üzrə bitirib və Sibirin bir sıra şəhər və qəsəbələrində inşaat mühəndisi kimi çalışıb. 1988-ci ildə Kommunist Partiyasına üzv olub, 1990-cı ildə isə Rusiya Federasiyası Memarlıq və İnşaat Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.

1994-cü ildə Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin olunan Şoyqu bu vəzifədə dayanmadan 18 il çalışıb. Rusiyanın müasir tarixində ən çox vəzifədə qalan nazirdir. 2012-ci ildə bir müddət Moskva vilayətinin qubernatoru təyin olunan Şoyqu elə həmin il Putin tərəfindən müdafiə naziri vəzifəsinə gətirilib.

1999-cu ildən hakim Vahid Rusiya Partiyasının üzvü olan Şoyqu Putinə ən yaxın şəxslərdən hesab olunur. Rusiya Federasiyası qəhrəmanı medalına layiq görülmüş S. Şoyqu eyni zamanda beynəlxalq yanğınsöndürənlər və xilasedicilər idman Federasiyasının sədridir. Futbol oynamaq, at sürmək kimi idman növlərinə meyilli olduğu bilinən müdafiə nazirinin Rusiyada ən qiymətli hesab olunan 40 milyon dollar dəyərində qılınc kolleksiyasına sahib olduğu iddia edilir.

Rusiyanın müdafiə naziri ruscadan başqa, 3 dildə (ingilis, türk və yapon) danışa bilir. Ailəlidir, iki qızı var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 234 192 189 200 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.