HASANLY

HASANLY Xəbərlər 21-05-2025, 12:47

Prezident: "Türkiyə ilə beynəlxalq prinsiplərə sadiqliyimiz bölgədə sabitlik üçün möhkəm zəmindir"

Prezident: "Türkiyə ilə beynəlxalq prinsiplərə sadiqliyimiz bölgədə sabitlik üçün möhkəm zəmindir"

"Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətləri, hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır".

Loading.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

"Çox təəssüf ki, silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində milyonlarla insan öz doğma yurdlarından didərgin düşərək qaçqınlıq həyatı yaşayır. Xüsusilə Birinci Dünya müharibəsi dövründə və ondan sonra erməni radikalizmi və ekstremizmi Azərbaycan xalqını misli görünməmiş müsibətlərə düçar etmiş, nəticədə yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından zorla çıxarılmış, kütləvi qətl və qırğınlara məruz qalmışdır", - deyə müraciətdə bildirilib.

Dövlətimizin başçısı qeyd edib ki, Qərbi Azərbaycanda - Ermənistan ərazisində 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır:

"Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
229 205 258 224 223 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.