HASANLY

HASANLY Xəbərlər 21-05-2025, 14:17

Rumıniyanın yeni prezidenti danışdı: Ukraynaya qoşun göndərəcək?

Rumıniyanın yeni prezidenti danışdı: Ukraynaya qoşun göndərəcək?

Rumıniyanın seçilmiş Prezidenti Nikuşor Dan Rumıniya hərbçilərinin Ukraynaya göndərilməsi barədə danışıb və bunu yersiz adlandırıb.

Loading.Az-ın xəbərinə görə, bu barədə o, "Politico" nəşrinə müsahibəsində bildirib.

"Rumıniya ərazisində böyük əməliyyat dəstəyinə malik olmaq - bəli. Ukraynada sülhə zəmanət verən ordunun bir hissəsi olmaq - xeyr. Düşünürəm ki, Rumıniya ilə Rusiya arasında onsuz da mövcud olan gərginlik səbəbindən bu, elə də uyğun olmazdı", - deyə yeni dövlət başçısı qeyd edib.

Dan, həmçinin ABŞ Prezidenti Donald Trampı Ukraynada sülh axtarışına yanaşmasına görə tənqid edib. Rumıniya rəhbəri hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin tələbləri "reallıqdan uzaqdır".

"Mən tezliklə sülhün əldə olunacağına dair elə də optimist deyiləm", - deyə o əlavə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
250 230 228 218 233 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.