AzizA

AzizA İdman 25-05-2025, 13:30

“Real” klubunun futbolçusu iki rekorda imza atıb

“Real” klubunun futbolçusu iki rekorda imza atıb

İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe iki rekorda imza atıb. Fransalı futbolçu bunu ötən gün La Liqanın XXXIV turunda “Real Sosyedad”la matçda reallaşıb.

Fransalı hücumçu debüt mövsümündə "Real"ın heyətində bütün yarışlarda 43 qol vurub ki, bu da yeni klub rekordu kimi qeyd alınıb. Daha əvvəl bu nailiyyət sabiq çilili hücumçu İvan Samoranoya (37) məxsus idi.

Həmçinin K.Mbappe La Liqada vurduğu 31 qolla analoji rekorda imza atıb. Əvvəlki rekordun sahibi 27 qolla Alfredo Di Stefano idi.

Qeyd edək ki, qarşılaşma Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qola K.Mbappe imza atıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
224 230 217 224 244 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.