ice berg

ice berg Məsləhətlər 27-05-2025, 12:00

Bu dərmanlardan sonra küçəyə ÇIXMAYIN

Bu dərmanlardan sonra küçəyə ÇIXMAYIN

Bir sıra dərmanlar dərinin qaşınmasına və şişməsinə səbəb ola bilər.

 

Buna görə də insanlara bəzi dərmanlar qəbul edərkən günəşə çıxmamaq barədə xəbərdarlıq edilib. Əks təqdirdə dərinizə ciddi zərər verə bilərsiniz.

 

“loading.aZ” xəbər verir ki,rusiyalı dermatoloq Yuliya Qalliamovanın sözlərinə görə, bəzi dərmanların tərkibində olan maddələr dərinin günəş işığına həssaslığını artırır. O, antibiotikləri, iltihab əleyhinə dərmanları və antihistaminləri "təhlükəli" dərmanlar siyahısına daxil edib. Hormonal və antifungal məlhəmlər, həmçinin salisilik turşu və retinoidlər də zərər verə bilər.

 

Tibb elmləri doktoru “Moskva 24” telekanalına müsahibəsində izah edib ki, bu cür dərmanlar Günəş işığına məruz qalan yerlərdə qızartı, şişlik, qabarcıqlar və güclü qaşınmalara səbəb ola bilər.

 

"Əgər bu, xüsusilə də dodaqların nəzərəçarpacaq dərəcədə qaşınması və şişməsi ilə müşayiət olunan güclü reaksiyadırsa, təcili olaraq mütəxəssisə müraciət etməlisiniz", - Qalliamova xəbərdarlıq etdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
172 206 181 177 132 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.