HASANLY

HASANLY Xəbərlər 30-05-2025, 11:07

Yer kürəsinin yanından keçən ulduz planetin donmasına səbəb ola bilər

Yer kürəsinin yanından keçən ulduz planetin donmasına səbəb ola bilər

Fransalı alimlər Yer kürəsinin yanından ötüb keçən ulduzun planeti orbitindən çıxara biləcəyini və bunun bütün həyatın donmasına səbəb olacağını hesablayıblar.

Loading.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat verib.

Qeyd olunur ki, bu ssenari planetin ulduzlararası fəzada Günəşin istiliyi olmadan qalmasına və üzərindəki bütün canlıların donmasına gətirib çıxara bilər.

Tədqiqat "Planetary Science Institute" və Bordo Universitetinin mütəxəssisləri tərəfindən aparılıb. Əvvəllər alimlər Günəş sisteminin sabit olduğuna inanırdılar, lakin yeni məlumatlar göstərib ki, Yer kürəsinin yanından keçən ulduzların təsiri planetlərin trayektoriyasını əhəmiyyətli dərəcədə dəyişə bilər.

Alimlərin hesablamalarına görə, növbəti beş milyard il ərzində Yerin Günəş sistemindən atılması və ya başqa bir göy cismi ilə toqquşması ehtimalı, təxminən 0.2% təşkil edir. Müqayisə üçün qeyd edək ki, Mars üçün riskin bir qədər yüksək - 0.3%, planet statusundan çıxarılmış Pluton üçün isə 5%-ə qədər olduğu təxmin edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
150 173 137 153 145 123

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.