ice berg

ice berg Avto Dünya 1-06-2025, 15:00

Avtomobillərdə sensor ekranla bağlı qaydalar dəyişir

Avtomobillərdə sensor ekranla bağlı qaydalar dəyişir

Avropanın avtomobil test sistemi Euro NCAP multimedianın ifrat tətbiqinə görə avtomobillərin sınaq balını aşağı salacaq. Səbəb yenə də təhlükəsizlikdir.

 

Loading.aZ xəbər verir ki, Almaniya mətbuatı bu məsələyə kifayət qədər geniş yer ayırıb. Euro NCAP-ın mütəxəssisləri belə qənaətdədirlər ki, süni intellektin, sensor ekranın, səsli köməkçilərin ifratlığı sürücünün diqqətini yayındırır və qəza riski artır. Bu vasitələr sürücünün diqqətini qəzaya səbəb ola biləcək qədər dağıdır.

 

Euro NCAP-dan bildirilib ki, avtomobillərdə şüşəsilənlər, faralar, səs siqnalları, qəza və dönmə siqnalları kimi vacib funksiyalar ənənəvi olaraq fiziki düymə və ya çevirgəclə idarə edilməlidir.

 

Əks halda avtomobillərin təhlükəsizlik balı 2029-cu ildən etibarən aşağı salınacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
176 209 171 174 210 210

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.