ice berg

ice berg İdman 1-06-2025, 18:00

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

"Mançester Yunayted"in əfsanəsi Pol Skoulz Bruno Fernandeşi satmağın tərəfdarıdır.

 

Loading.aZın xarici mediaya istinadla xəbərinə görə, o hesab edir ki, onun transferinə razılıq verməyə dəyər, çünki “Əl-Hilal”ın “Mançester Yunayted”in kapitanı üçün təklif etdiyi 100 milyon avro, şübhəsiz ki, çox puldur.

 

Üstəlik, keçmiş futbolçu əmindir ki, Fernandeş bütün bacarığına baxmayaraq, hazırda Ruben Amorimin baş məşqçisi olan klubun ümumi strategiyasından kənarda qalır.


"Onun üçün 100 milyon təklif edirlər! "Mançester Yunayted" burada "yox" deməməlidir.

 

Başa düşürəm ki, o, parlaq oynayıb, komandanı daşıyıb... Bəs o, harda, hansı mövqedə parlayır? O, on nömrədir, yoxsa müdafiəçi yarımmüdafiəçi? O, oyunun demək olar ki, heç bir vizyonuna uyğun gəlmir, çünki ona heç bir konkret mövqe təyin olunmur.

 

Bruno, təkrar edirəm, əladır, amma məni səhv başa düşməyin. Onun üçün 100 milyon təklif edəndə sən əlini sıxıb, təklif etdiklərini almalısan”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 200 168 162 156 151

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.