ice berg

ice berg İdman 2-06-2025, 17:16

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya" ilə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qərar verəcək.


Loading.aZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, bu transfer yarışında "Qalatasaray" hazırda bir addım öndədir.


"Qalatasaray"da ayrılıqlar davam edir! Yeni transferlər gedir


"Sarı-qırmızılı" klub cinah oyunçusu üçün illik 10 milyon avro civarında maaş təklif etmişdi. Mövsümün sonunda müqaviləsi başa çatacaq olan Sane komandasından ayrılarsa, heç bir transfer haqqı ödənilməyəcək. Lakin Alman nəhəngi də digər tərəfdən futbolçuya yeni müqavilə təklifi etməyə hazırlaşır.

"Qalatasaray" ön sırada!


29 yaşlı təcrübəli futbolçuya yalnız "Qalatasaray" və "Bavariya" deyil, Avropanın digər böyük klublarından da böyük maraq var. Ancaq hazırda bu transferdə "Cim-Bom"un bir addım öndə olduğu bildirilir.


Sane isə hələ gələcəyi ilə bağlı dəqiq qərar verməyib. O, bütün təklifləri dinlədikdən sonra karyerasına harada davam edəcəyini müəyyənləşdirəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
201 172 180 181 192 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.