HASANLY

HASANLY Xəbərlər 3-06-2025, 11:53

İstanbul sakini işə getmək üçün hər gün Bosfor boğazını üzərək keçir

İstanbul sakini işə getmək üçün hər gün Bosfor boğazını üzərək keçir

İstanbul sakini Cengiz Han işə getmək üçün hər gün Bosfor boğazını üzərək keçir. O, bütün lazımi əşyaları su keçirməyən çantada özü ilə aparır.

Loading.Az xəbər verir ki, bu barədə "The Times" yazır.

Kişi səhər tezdən suya girir və yarım saata boğazı keçir.

"Mən bu yolla rahatlaşıram. Üzdüyüm zaman bütün düşüncələrim yox olur, tam sükut çökür", - Han bildirib.

Məlumata görə, Han 400-ə yaxın üzvü olan "Sarayburnu Fatihləri" klubunun üzvüdür. Onlar ilin istənilən vaxtında, həftədə üç-dörd dəfə Bosforda üzürlər. Cengiz Han bu işlə təxminən 8 ildir ki məşğul olduğunu deyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 188 164 148 146 158

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.