ice berg

ice berg Şeirlər 5-06-2025, 22:00

Mən hardan bilərdim

Mən hardan bilərdim

_Mən hardan bilərdim sevərəm bir gün._

_Həsrətdən alışıb yana bilərəm?!_ 

_İsti nəfəsindən külə çevrilib,_ 

_Soyuq baxışından dona bilərəm?!_

 

_Mən hardan bilərdim dəli olaram,_

_Görərəm hər gecə yuxumda səni?!_

_Özüm itirərəm həsrət yolunda,_

_Sonra axtararam çoxunda səni?!_

 

_Mən hardan bilərdim ürəyim səndə,_

_Gözlərim ömürlük yolda qalacaq?!_

_Bütün xəyallarım öndə gedəcək_

_Bütün arzularım dalda qalacaq?!_

 

_Dəli deməsinlər adıma mənim,_

_Desinlər sadəcə eşq xəsdəsidi._ 

_Mən hardan bilərdim sənli günlərim,_

_Sənsiz günlərimin xatirəsidir?!_

 

_Mən hardan bilərdim, hardan bilərdim,_

_Sənin son gedişin əcəlim olar?!_

_Yaşadım, xəbərin olmadı məndən_

_Bir gün yaşamaram, xəbərin olar!_

 

*#ŞəfaqətƏləsgərova*

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 206 222 219 213 232

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.