weher uwagi

weher uwagi Məşhurlar 4-06-2025, 11:40

Bar Rafaeli – 40

Bar Rafaeli – 40

İsrailli model, aktrisa və aparıcı, 2019 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı Bar Rafaeli israilli yəhudi ailə olan Rafael və Tzipi cütlüyünün uşağı olaraq 1985-ci il 4 iyunda anadan olub. İsrail və ABŞ-də Pilpel, Castro və Victoria's Secret kimi məşhur markaların kataloqlarında model kimi yer almışdır. Məşhur aktyor Leonardo DiKaprio ilə (2005-2011) olan əlaqələri ilə gündəmə gəlmişdir və az qala evlənməyi planlaşdırırdılar, lakin 2011-ci ilin mayında New York Post qəzeti onların münasibətlərinin tamamilə bitdiyindən xəbər verdi. 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-də baş səhifədə yer almışdır. Bar Rafaelinin iki qardaşı var. Anası Tzipi Levini 1970-ci illərdə İsraildə olduqca məşhur model idi. Bar Rafaeli modellik karyerasına ilk olaraq hələ səkkiz aylıq uşaq olanda reklam kampaniyaları ilə başladı. 15 yaşında isə professional model olaraq işləməyə başladı.

Bar Rafaeli Elle, Maxim, Cosmopolitan, Vogue kimi olduqca məşhur jurnallarda yer aldı. Həmçinin Bonita de Mas, Victoria's Secret, Hurley International, Passionata, Pilpel, Agua Bendita kimi məşhur markaların üzü oldu. Həmçinin Rafaeli 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-nin baş səhifə modeli olmuşdur.

Toylarından qabaq 3 il görüşən Bar Rafaeli 2015-ci ilin 24 sentyabrından biznesmen Adi Ezra ilə ailəlidir. Cütlüyün 11.08.2016 və 20.10.2017 təvəllüdlü iki qızı (Liv və El Ezralar) və 14.01.2020 təvəllüdlü bir oğlu (Devid Ezra) var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
145 201 168 180 162 162

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.