AzizA

AzizA Xəbərlər 5-06-2025, 07:30

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Bu il qurban kəsmək neçəyə başa gələcək?


Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə maraqlanır.

Bəs qiymətlər vətəndaşları qane edir?

Satıcıların sözlərinə görə, qiymətlərdə keçən illə müqayisədə bahadır. Qoyunların qiyməti müştərilərə istəyə görə təklif edilir.

Satıcılar,həmçinin, alıcıların az olmasından gileylənir. Diri halda qurbanlığın kilosu 9 manatdır. Amma kəsib əti verəndə isə 18 manatdır.

Alıcılar isə bildirirlər ki, qiymətlər çox bahadır:

"Əvvəl tərəddüd eləmədən alıb gedirdik. Amma bu il qiymətlər yüksəkdir cibimizə sərf eləmir".

Qeyd edək ki, 6 ayını keçən quzular 15, 16 kq olur. Bu da təxmini 270, 280 manat civarında olur.

Xatırladaq ki, AQTA tərəfindən bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 70-də kəsim və satış 29-unda qurbanlar heyvanların yalnız satışı, 27-də isə ancaq heyvan kəsimi xidmətləri təklif olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
198 161 223 214 154 203

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.