ice berg

ice berg Xəbərlər 4-06-2025, 15:04

Əsgər valideynlərinə XƏBƏRDARLIQ: Qurban bayramında görüşə gəlməyin

Əsgər valideynlərinə XƏBƏRDARLIQ: Qurban bayramında görüşə gəlməyin

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur. 

 

Müdafiə Nazirliyindən verilən xəbərə görə, bununla əlaqədar şəxsi heyətin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə xüsusilə adaptasiya dövründə olan gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

 

Hərbi hissələrdə komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlər görülür, bütün növ təminat yüksək səviyyədə təşkil olunur.


İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, qarşıdan gələn Qurban bayramı və istirahət günlərində hərbi hissələrə gəlməməyi xahiş edirik.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
92 179 149 152 143 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.