Kukulka

Kukulka Xəbərlər 21-09-2017, 17:21

Ağdamda məcburi köçkünlər susuz qaldı: 18 000 AZN-dən artıq borcu var deyə

Ağdamda məcburi köçkünlər susuz qaldı: 18 000 AZN-dən artıq borcu var deyə





Ağdam rayonunun Quzanlı qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin yaşadığı beş mərtəbəli yaşayış binası isti suya həsrət qalıb.

LoadinG.AZ xəbər verir ki, bina sakinlərinin Cebhe.info-ya verdiyi məlumata görə, onlar iki aydan artıqdır ki, binada isti suyun verilməməsindən əziyyət çəkir. Çətinliyin borcdan yarandığını bildirən sakinlər buna görə dəfələrlə öz aralarında pul topladıqlarını, sonuncu dəfə isə 20 gün əvvəl hər ailədən 30 AZN pul toplayıb "Azəristiliktəchizat"a ödədiklərini deyirlər. Onlara verilən məlumatda problemin ortaya çıxmasına səbəb kimi qazın verilməməsi göstərilib.

Məsələ ilə bağlı "Azəriqaz"ın Ağdam rayon filialının müdiri Rafail Novruzovla əlaqə saxladıq. R.Novruzov qazın kəsilməsini təsdiqləyib: "Ümumilikdə, "Azəristiliktəchizat"ın məhz həmin 54 mənzilli binaya görə, bizə 18 000 AZN-dən artıq borcu var deyə, həmin binanın istilik sisteminə qazın verilişini dayandırmışıq. Sözügedən qurum tərəfindən isə hələ ki, heç bir ödəniş edilməyib. Lakin oradan bizə noyabra qədər ödəniş ediləcəyini bildiriblər. Əgər borcun bir qismi ödənilərsə, "mavi" yanacağın verilməsini təmin edərik"

Xatırladaq ki, həmin binada yaşayan şəhid ailələri və müharibə əlilləri kanalizasiya sisteminin işləməməsindən də şikayətlənirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
529 550 532 625 574 566

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.