ice berg

ice berg Hekayələr 11-06-2025, 21:00

Mixək Böcək

Mixək Böcək

Katibə uzun qıçlarını bir-birinin üstünə aşırıb, telefonla da-nışırdı. ıçıltısının gizli ovqatı geniş qəbul otağını dar dəhliz kimi səssiz eləmişdi. Hamar boynu, enli sinəsi işvəli gözləri səsötürücü kimi pıçıltını eşidilən edirdi. Əslində katibə bütün bə-dəni ilə danışırdı. Və bu danışıq otaqdakıları onun pıçıldaşdığı adamdan çox həyəcanlandırırdı.

 

İri pəncərələrdən otağa süzülən gün işığı katibə ilə üzbəüz oturmuş, arıq qadının qara ulcuqlu çantasına düşmüşdü. Çanta işıq altında balıq kimi işarırdı. Arıq qadın katibənin ıçıltısına biganəliyini gizləyənlərə nümayiş etdirmək üçün çantasından əl dəsmalını çıxarıb burnunu sildi. Dəsmalı yenidən çantasına qoyub gözlərini qıra-qırpa qarşısına baxdı. İşıq daha çantaya düşmürdü. Qadın burnunu siləndə ışığı hürkütmüşdü. indi işıq susmuş radionun üstünə düşmüşdü. arıq qadınla baxışları kə sişdi. qadın öxünü toxtutsa da, kövrək adama oxşayırdı. Gözləri suyu qurumuş quyu kimiydi. Katibəyə qarşı olan süni biganə-liyi əslində müdirin qəbuluna tez düşmək istədiyindən idi. ka-tibə dəstəyi bir qulağından o biri qulağına ötürdü. Nəfəs dəri-mində qıçlarının vəziyyətini də dəyişdi. Yanında oturmuş kəkilli oğlan katibənin qıçlarına baxıb udqundu. Kəkilli sarı qu-luna oxşayırdı. Oynaq, şən gözləri vardı. cavanlıq ehtirası bey-nini artmağa qoymurdu. Köklənmiş nağara kimi tapım adamdı.


Dava eləsən, səninlə dava edərdi, söz desən, o dəqiqə cavabını qaytarardı. oturub gözünü qırpmadan katibənin gözəl əndamına baxan kəkillinin çiyni ona dəyəndə diksindi.


Kəkilli ondan üzr istədi. Bir qıraqda oturub müdirlə nədən danışacağını düşünürdü. İçəri necə girəcəyini, necə oturacağını eyhamla susacagını məşq edirdi. On yeddi ildi bu institutda ki-çik elmi işçi işləyirdi. Üç müdir, on bir çəkmə dəyişmişdi. Se-vimli mixək böcəklərini, sınaqdan saralmış kolbalarını ağır-laya-ağırlaya illəri bir- bir ötürürdü. Hələ ki, bu illər nə elmə, nə də özünə bir sevinc gətirmişdi. On yeddi il üstündə təcrübə apardığı mixək böcək uçmurdu ki, uçmurdu. Böcək uçsa dünya elmində inqilab olacaqdı. Hələ ki, uçan illər idi. İşdə apardığı təcrübələrin ağırlığı evini də əyirdi. İyirmi il bir qarnı ac, bir qarnı tox, yaşayan arvadı ona səkkiz uşaq doğmuşdu. Uşaqlar təkamül nəzəriyyəsinin acısına "konusvari" böyüyüb gənc uşaq olmuşdular. Yüz altı manat maaşa, səkkiz uşaq, iki böyük. uça bilməyən mixək böcəyin tərsliyində Dözə dözə yaşayır dılar. Arvadı hər il Nardaran pirinə nəzir deyirdi. Uşaqları hər gün böcəyin uçmağı ilə maraqlanırdı.

Böcək uçmurdu ki, uç-murdu. Müdirin qəbuluna kəpənək qanadlarının tozcuqların-dan aldığı həşəratların pulundan ötrü düşmək istəyirdi. Pul se-nədinə müdir qol çəkməmışdır. "Bu elmə yararsız təcrübə-dir"- deyib, hesabdarı otaqdan qovmuşdu.


Katibə dəstəyi asıb, nazlı- nazlı otağı süzdü. Radio xırılday-ırdı. Diktor hava haqqında məlumatı bu xırıltı altında qışqıra-qışqıra oxuyurdu. Arıq qadın oturacaqdə mürgü döyürdü. Kəkilli hələ də katibənin çılpaq dizlərini süzürdü.


"Mixək böcək son sınaqdan sonra özünü xurma çiçəyi ki-mi aparırdı. Ayaqlarını itirsə də, sinir toxumaları həssaslaşsa da ürəyi lazımınca kövrəlmirdi. Rəngi də dəyişmırdı. Onun fikrincə, mixek böcek uçmaq üçün ən əvvəl qorxu hıssını ve dünyaya bağlılığını unutmalıydı. Sonra böcəyin ürəyi həssaslaşıb titrəməliydi. On yeddi ildə mixək böcək musiqilərə qulaq asa-asa təcrübələrdən üzüqara çıxırdı. İncəlmirdi ki, incəlmir-di. Qanad toxumaları böcəyin bədənində rişəllənirdi. Ancaq yüngül kəpənək qanadları əvəzinə belində ayaqları ölçüdə qa-ba ayaqlar əmələ gəlirdi. Onun fikrincə, mixək böcək bu qaba qanadlarla da uça bilərdi. Təki, istəyin olsun.


Müdirin otağından çalınan zəng səsinə katibə dik atıldı. Kəkilli oğlanın gözləri önündə ayrı mənzərə yarada- yarada qa-pının qarşısında dayandı. İri ombalı katibə müdirin otağına hovuza düşürmüş kimi düşdü. Bir müddət otağa sükut çökdü. So-nra arıq qadına bu sükut çox göründü. Ayağa qalxıb katibənin arxasınca müdirin kabinetinə girdi. Bu dəfəki sükutu içəridən çıxan hirsli katibə pozdu. Katibə kətilə oturub, gözəl qışlarını mizin arxasında gizlətdi.


"Mixək böcək" mütləq uçacaqdı. Özünü, ailəsini, içində ölmüş müxtəlif istəklərini bu uçuşa qurban vermişdi. Sürünən böcəyin uça bilməməsinə heç cür inana bilmirdi. Əsas ürəkdir. Əgər ürəyi uçmağa həvəsli olsa, böcək mütləq uça bilər...".

Arıq qadın müdirin otağından ayaqlarını sürüyə sürüyə çıxdı. Katibə çiçək kimi açdı. Üzünü və qıçlarını kəkilliyə tu tu: - Keç içəri!" -dedi. Katibə bu "keç içəri"bu elə dedi ki, kəkilli yenə udqunası oldu. 

Arıq qadın işinin alınmamasından çox, katibənin sevinməyi yer elədi. Söylənə söylənə qəbul otağının qapısını çırpıb getdi.


"Bütün ömrünü bu uçuşa həsr etmişdi. Bu istəyi soyudacaq ölmünə qədər, gülüş hədəfi ola-ola, mixək böcəyi uçuracağı-na əmin idi. Bunu düşünə düşünə yaxınlarının, dünya gözəl-liklərinin dəyişib soluxmasını belə görə bilmirdi. Su kimi axıcı, ötücü dünyadan süzülən illərin, ayların daşlaşmış cəsədləri be-le harasa uca bilirdi. Uçmayan ancaq mixək böcək idi...".


Qəfildən radioda oynaq musiqi səsləndi. Ürəyi gizildədı. Yaşıl donlu katibə maraqla ona baxdı. Ayağa qalxıb katibəyə yaxınlaşdı. Onun incə biləyindən tutub ayağa qaldırdı. Katibe əvvəlcə çaşdı. Sonra onun nə istədiyini başa düşüb, sinəsinə qısıldı.

Oynaq musiqi sədaları altında rəqs edirdilər. Katibə gülürdü. Gözləri mixək rəngində olan ayaqqabılarına sataşan-da birdən-birə dərk elədi ki, uça-uça, ancaq bir anlıq uça bilər, sonra yenə yerə düşəcək.


Gözlərini yumub qollarını yuxarı qaldırdı. Hardansa yaxınlıqdan katibənin şən qəhqəsi eşidilirdi.

Orxan Fikrətoğlu 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 214 232 250 234 260

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.