ice berg

ice berg Körpəyə qulluq 11-06-2025, 11:00

Körpələri yelləyərək, yatızdırtmaq düzgündür?

Körpələri yelləyərək, yatızdırtmaq düzgündür?

Əksər valideynlər yeni doğulan uşağı yatızdırarkən, onu yelləməyə üstünlük verir. Ancaq həkimlər isə bunun düzgün olmadığını iddia edir.

 

Pediatr Mətanət Əliyeva açıqlamasında deyib ki, körpə ağlayarkən onu yavaşca yelləməyin heç bir ziyanı yoxdur:

 

"Ancaq möhkəm yelləyərkən beyin qanaması, hətta beyindəki kiçik damarların qopmasına səbəb ola bilərsiz. Bu da beyin qanaması və epilepsiya halına kimi gedib çıxa bilər:

 

“Körpələrin başı bədənə nisbətən böyükdür. Buna görə başın önə-arxaya atılması və ya sağa-sola çevrilməsi zamanı ciddi fəsadlar yaranar. Məsələn, boyundan beyinə gedən damarlar yırtılaraq, baş beyinə qan sızar. 1 yaşa qədər körpələrlə daha ehtiyatlı davranmaq lazımdır. Körpələri sevmək məqsədiylə silkələmək, atıb-tutmaq də qəti qadağandır. Körpələri silkələyən zaman tək beyin qanaması deyil, beyindən qarın boşluğuna yönələn azan sinirin qopması, nəticədə tənəffüs dayanması baş verir. Ən çox rast gəlinən hal budur".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
365 317 373 333 393 373

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.