AzizA

AzizA Avto Dünya 10-06-2025, 09:30

Ən etibarsız ailə avtomobilləri: Almağa dəyməyən 3 model

Ən etibarsız ailə avtomobilləri: Almağa dəyməyən 3 model

Etibarlılıq bir çox sürücü üçün avtomobil seçərkən olduqca vacib meyardır. Heç kim istəməz ki, maşını tez-tez xarab olsun.

Avtomobil ekspertləri beş ilə qədər sürülən ən etibarsız üç ailə avtomobilini müəyyən ediblər. Onların sözlərinə görə, bu modellərin sahibləri tez-tez təmir xərcləri üçün pul kisəsini boşalda bilirlər.

Bu reytinqi tərtib etmək üçün ekspertlər işlənmiş ailə avtomobillərinin sahibləri ilə söhbət ediblər. Onlar avtomobillərinin son 12 ayda hansı nasazlıqlar olduğunu söyləyiblər.

3 ən etibarsız işlənmiş ailə avtomobilləri:

1. Volkswagen Golf (dizel mühərrikli)

2. Seat Leon

3. Skoda Octavia

Dizel mühərrikli səkkizinci nəsil Volkswagen Golf ən etibarsız işlənmiş ailə avtomobili olub. Bu modelin kifayət qədər problemi var.

Dizel mühərrikli Volkswagen Golf ilə ən çox rast gəlinən problemlər sürət qutusu/mufta, məlumat-əyləncə sistemi və mühərriklə əlaqəli olmayan elektrik komponentləri olur. Kondisioner və əyləc komponentləri də tez-tez sıradan çıxır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
142 172 167 182 187 204

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.