cabir

cabir Xəbərlər 10-06-2025, 11:20

Şəkidə həyat yoldaşının qətlində təqsirləndirilən şəxs HƏBS EDİLDİ

Şəkidə həyat yoldaşının qətlində təqsirləndirilən şəxs HƏBS EDİLDİ

Şəkidə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Həmid Nazim oğlu Əliyev həbs edilib.      Sun.Az         

oxu.az-a istinadən xəbər verir ki, Şəki Rayon Məhkəməsində H.Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və H.Əliyev barədə dörd ay həbs qətimkan tədbiri seçilib.             

Xatırladaq ki, iyunun 5-də səhər saatlarında Şəki rayonunun Cəyirli kəndində 34 yaşlı Zəhra Məlik qızı Əliyevanın atasının evində meyiti tapılıb. İlkin araşdırma zamanı qadının əri tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb və H.Əliyev saxlanılıb.

   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
170 164 146 166 153 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.