AzizA

AzizA Müxtəlif 11-06-2025, 21:30

Bu ölkədəyə gedən turistlərə ÇAĞIRIŞ: tanışlıq proqramlarından istifadə etməyin

Bu ölkədəyə gedən turistlərə ÇAĞIRIŞ: tanışlıq proqramlarından istifadə etməyin

ABŞ səfirliyi təhlükə barədə xəbərdarlıq edib. Turizm Meksikanın əsas iqtisadi sahələrindən biridir. Lakin son hadisələr bu sahədə bəzi təhlükələrin olduğunu ortaya qoyub.

ABŞ-ın Meksikadakı səfirliyi öz vətəndaşlarını tanışlıq tətbiqlərindən istifadə edərkən çox diqqətli olmağa çağırıb.

Rəsmi bəyanatda qeyd olunur ki, ABŞ-ın Qvadalaxarada yerləşən Baş Konsulluğu amerikalıların tanışlıq tətbiqləri vasitəsilə tanış olduqları şəxslər tərəfindən oğurlandığı bir neçə hadisəni təsdiqləyib. Bu hadisələr Puerto-Vayarta və Nuevo-Nayarit bölgələrində baş verib. Bəzi hallarda qaçırılan şəxslər və onların ailələrindən böyük məbləğlərdə pul tələb olunub.

Tanımadığınız şəxslərlə görüş zamanı yalnız ictimai yerləri seçin, yaşayış binaları və ya otel otaqları kimi izolyasiya olunmuş məkanlardan uzaq durun.

Görüşə getdiyiniz yeri və görüşəcəyiniz şəxsin məlumatlarını mütləq dostlarınıza və ya ailə üzvlərinizə bildirin. Həmçinin tanış olduğunuz tətbiq barədə də məlumat verin. Daxili hisslərinizə etibar edin – əgər vəziyyət sizə narahat və ya şübhəli görünürsə, tərəddüd etmədən görüşdən imtina edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 200 194 210 180 196

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.