AzizA

AzizA Xəbərlər 12-06-2025, 07:30

Dubayda dünyanın ən hündür metro stansiyası inşa ediləcək

Dubayda dünyanın ən hündür metro stansiyası inşa ediləcək

Dubayda Mavi xəttin genişləndirilməsi layihəsi çərçivəsində dünyanın ən hündür metro stansiyası inşa ediləcək. Şəhərin sürətlə inkişaf edən “Dubai Creek Harbour” rayonunda yerləşəcək stansiyanın adı “Emaar Properties Station” olacaq və hündürlüyü 74 metrə çatacaq.

Stansiyanın layihəsi ABŞ-ın “Skidmore, Owings & Merrill” memarlıq şirkətinə məxsusdur. Bu şirkət “Burc Xəlifə” layihəsinin müəllifi kimi tanınır. “Emaar Properties” stansiyasının layihəsi "kəsişən qapılar" konsepsiyasından ilhamlanıb və 11 min kvadratmetr sahəni əhatə edərək gündə 160 min nəfərə qədər sərnişinə xidmət edəcək.

Mavi xətti şəhərin nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq məqsədilə tikiləcək və hazırda fəaliyyət göstərən Qırmızı və Yaşıl xətlərə üç stansiya ilə birləşəcək. 2029-cu ildə istifadəyə verildikdən sonra bu xətt, Akademik şəhər, Al-Varku, Dubayın Silikon Oazisi, Beynəlxalq şəhər və Mirdif kimi əsas yaşayış və iş mərkəzlərinə gediş imkanı yaradacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
146 135 150 137 210 162

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.