HASANLY

HASANLY İdman 11-06-2025, 13:09

Futbol üzrə Meksika millisi Los-Ancelesdəki etirazlara görə qaldığı hoteli dəyişdirəcək

Futbol üzrə Meksika millisi Los-Ancelesdəki etirazlara görə qaldığı hoteli dəyişdirəcək

Meksika millisinin futbolçuları və məşqçilər korpusu Los-Ancelesdəki etirazlara görə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) kuboku oyunlarından əvvəl komandanın qaldığı hoteli dəyişəcək.

Loading.Az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Mənbə yazır ki, komanda iğtişaşların mərkəzinə düşməmək üçün Lonq-Biçdəki hotelə yerləşəcək.

Qeyd edək ki, Meksika millisi KONKAKAF kubokunda ilk oyununu iyunun 15-də Dominikan Respublikası komandasına qarşı keçirəcək. Görüşün Los-Anceles dairəsinin cənub-qərbində yerləşən İnqlvud şəhərindəki stadionda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra şəhərdə iğtişaşlar baş verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
206 210 207 146 204 198

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.