HASANLY

HASANLY Xəbərlər 11-06-2025, 13:42

Kolumbiyalı senatora sui-qəsd cəhdində ittiham olunan yeniyetmə özünü təqsirli bilmədi

Kolumbiyalı senatora sui-qəsd cəhdində ittiham olunan yeniyetmə özünü təqsirli bilmədi

Kolumbiyalı senator Migel Uribeyə sui-qəsd cəhdində ittiham olunan yeniyetmə özünü təqsirli bilməyib.

Loading.Az-ın xəbərinə görə, bu barədə "El Tiempo" qəzeti mənbələrə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, məhkəmə iclası qapalı rejimdə keçirilib. Yeniyetmə senatora güllə atanın məhz özü olduğunu qəbul etməyib.

Jurnalistlər qeyd ediblər ki, təqsirləndirilən şəxs ittihamları rədd edib və günahsız olduğunu bəyan edib. Yeniyetmənin dediyinə görə, o, silahı özünümüdafiə məqsədi ilə gəzdirib.

Xatırladaq ki, Migel Uribeyə sui-qəsd cəhdi Boqotanın qərbində seçkiqabağı kampaniya zamanı baş verib. Boqota meri Karlos Qalan şübhəlinin saxlandığını açıqlayıb.

Daha sonra "El Tiempo" qəzeti hücum edənin 15 yaşlı yeniyetmə olduğunu və Uribenin mühafizəçiləri tərəfindən yaralandığını yazıb. Şahidlərin dediyinə görə, yeniyetmə motosikletlə gəlib. Onların sözlərinə əsasən, şübhəli senatora təxminən bir metr yarımlıq məsafədə yaxınlaşıb və bundan sonra ona təxminən altı dəfə arxadan atəş açıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
154 155 172 137 129 143

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.