ice berg

ice berg Sağlamlıq 12-06-2025, 21:00

Bu 4 qida qaraciyəri təmizləyir

Bu 4 qida qaraciyəri təmizləyir

Bədənin ən vacib detoks orqanı olan qaraciyər sağlamlığımıza birbaşa təsir edir. Bəs qaraciyəri qoruyan və onu toksinlərdən təmizləməyə kömək edən 5 əsas qida hansılardır? Budur elmi araşdırmalara əsasən qaraciyər dostu 5 güclü qida:

 

Qəhvə

 

Günü bir fincan qəhvə ilə başlamağın qaraciyər üçün də faydalı olduğu sübut edilib. Araşdırmalar göstərib ki, gündə 3-4 fincan qəhvə içmək qaraciyər serrozuna tutulma riskini azaldır və qaraciyər fermentlərini tarazlayır. Antioksidant tərkibi sayəsində qaraciyərdə yağ və kollagen yığılmasının qarşısını alır.

 

Yaşıl çay

 

Antioksidantlarla zəngin olan yaşıl çay, xüsusilə alkoqolla əlaqəsi olmayan piylənmiş qaraciyər xəstəliyində (NAFLD) ALT və AST ferment səviyyələrini azalda bilər. Ancaq yaşıl çay əlavələrinin (kapsul şəklində olanların) qaraciyərə zərər verə biləcəyi nəzərə alınmalı və ehtiyatla qəbul edilməlidir.

 

 

Üzüm

 

Qırmızı və bənövşəyi üzüm, xüsusilə çərdəkli halda yeyildikdə, qaraciyər iltihabını azalda və hüceyrə zədələnməsinin qarşısını ala bilər. Heyvanlar üzərində aparılan tədqiqatlar üzüm ekstraktının qaraciyərə müsbət təsir etdiyini göstərib, amma insanlarla bağlı daha çox elmi işə ehtiyac var.

 

Zeytun yağı

 

Zeytun yağı sağlam yağlar arasında önə çıxır. Xüsusilə Aralıq dənizi tipli qidalanmada mühüm yerə sahib olan bu yağ qaraciyərdə yağ yığımını azalda və ferment səviyyələrini yaxşılaşdıra bilər.

 

Bu qidaları düzgün və balanslı şəkildə gündəlik rasiona əlavə etməklə qaraciyərin yükünü yüngülləşdirmək və onu toksinlərdən qorumaq mümkündür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
129 169 154 143 160 149

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.