ice berg

ice berg Sağlamlıq 13-06-2025, 11:00

Əlləriniz düşündüyünüzdən daha çox şey bilir: səhər oynaq ağrılarınızın arxasında nə dayanır?

Əlləriniz düşündüyünüzdən daha çox şey bilir: səhər oynaq ağrılarınızın arxasında nə dayanır?

Əgər küt və ya yandırıcı ağrı hiss edirsinizsə, oynaqda səhərlər gərginlik və şişkinlik müşahidə olunursa, bu, artritin ilk əlamətləri ola bilər. 

 

Loading.aZ xarici mediaya istinadən xəbər verir ki, Amerikanın Klivlend Klinikasının mütəxəssisləri artritin oynaqlarda ağrıya və iltihaba səbəb olduğunu vurğulayır:

 

Əllərin barmaqlarında artritin müalicəsi 


Elektroforez, diadinamoterapiya, ultrasəs, maqnitoterapiya, masaj, isidici prosedurlar və iynəbatırma (akupunktura). Remissiya (sakitləşmə) dövründə palçıqla müalicə və hidroterapiya (su ilə müalicə) tətbiq olunur. Ağrıları aradan qaldırmaq üçün qeyri-steroid iltihab əleyhinə preparatlardan da istifadə edilir.

 

Əsas artrit əlamətləri

 

 

Oynaqlarda ağrı küt və ya kəskin ola bilər, gecələr yatmağa imkan verməyə bilər;

 

Zədələnmiş oynağın ətrafındakı toxumalar qızara və toxunarkən ağrılı ola bilər;

 

Barmaqları bükərkən xırıltı, şaqqıltı və ya sürtünmə səsləri eşidilə bilər;

 

Barmaqlarınızı tam şəkildə aça və yuma bilmiriniz;

 

Barmaqların orta oynaqlarında kiçik sümük düyüncükəri (boğaz düyünləri) əmələ gələ bilər;

 

Oynaqlar şişir, deformasiyaya uğrayır və normal olmayan şəkildə bükülür;

 

Əllərdə zəiflik hiss edirsiniz;

 

Gündəlik işləri yerinə yetirərkən əmək qabiliyyətiniz azalır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 151 146 189 169 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.