ice berg

ice berg Avto Dünya 13-06-2025, 13:00

Avtomobillərə yaşıl ön əyləc lampası tətbiq olunacaq?

Avtomobillərə yaşıl ön əyləc lampası tətbiq olunacaq?

Avstriyanın Qrats Texnologiya Universiteti (TU Graz) tərəfindən aparılan araşdırmaya əsasən, avtomobillərin ön hissəsinə əlavə əyləc lampalarının quraşdırılması yol qəzalarının sayını əhəmiyyətli dərəcədə azalda bilər.

 

Loading.aZ xəbər verir ki, universitetin açıqlamasına görə, yolayrıcılarda baş vermiş 200 real qəzanın yenidən modelləşdirilməsi nəticəsində əldə olunan nəticələrə görə, avtomobillərin ön hissəsinə əlavə əyləc lampası yerləşdirilməsi, digər yol iştirakçılarının reaksiya müddətindən asılı olaraq toqquşmaların 7,5–17 faizinin qarşısını ala bilər. 

 

Həmçinin qeyd olunur ki, bu lampalar bəzi hallarda toqquşma sürətini azaldaraq xəsarətlərin şiddətini yüngülləşdirə bilər. Bu təsir, halların dörddə birində müşahidə olunub.

 

Yeni əyləc lampaları, qarşıdan gələn və qismən yandan yaxınlaşan digər yol istifadəçilərinə avtomobilin əyləcdən istifadə etdiyini göstərə bilər. Lampalar sönəndə isə bu, avtomobilin hərəkətə başlaya biləcəyinə işarə edir.

 

Tədqiqatçılar "CEDATU" (Kapsamlı Qəza Araşdırması Mərkəzinin Verilənlər Bazası) məlumatlarından istifadə edərək simulyasiya aparıblar. Bütün qəza ssenariləri ilkin olaraq real hadisələr əsasında yenidən qurulub, daha sonra isə avtomobildə ön əyləc lampasının olduğu fərziyyəsi ilə yenidən simulyasiya edilib. Simulyasiyalar zamanı bu lampanı görə bilən yol istifadəçilərinin reaksiya müddətinin daha qısa olduğu, bunun da əyləc məsafəsini azaltdığı nəticəsinə gəlinib.

 

Araşdırmada vurğulanır ki, ön əyləc lampalarının təsiri yalnız digər yol iştirakçıları tərəfindən görünə bildiyi halda müsbət nəticə verə bilər. Bu səbəbdən, avtomobillərin yan tərəflərinə də əyləc lampalarının quraşdırılması təklif olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
169 184 157 168 168 174

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.