HASANLY

HASANLY Xəbərlər 12-06-2025, 16:10

Zelenski Trampa Rusiya ilə bağlı məsləhət verdi: "Başqa cür alınmayacaq"

Zelenski Trampa Rusiya ilə bağlı məsləhət verdi: "Başqa cür alınmayacaq"

"ABŞ Prezidenti Donald Tramp Moskvanı danışıqlar masasına oturtmaq üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir".

Loading.Az-ın xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "Bild"ə müsahibəsində deyib.

"Düşünürəm ki, tarixən desək, onun üçün (Tramp) bütün dünyada sülhün bərpa edilməsindən vacib heç nə ola bilməz. Tramp sanksiyalar tətbiq etməlidir ki, Putin dərhal desin: "Gəlin, müharibəni bitirmək haqqında danışaq". Başqa cür alınmayacaq", - deyə Zelenski bildirib.

Onun fikrincə, Tramp Rusiya tərəfinin tamamilə dürüst və açıq olmadığını görür. Zelenski iddia edir ki, Moskva gücdən başqa heç nəyi başa düşmür və ABŞ-də də bu güc var. O, Vaşinqtonun bunu başa düşəcəyinə ümid etdiyini qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
115 158 164 149 167 127

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.