ice berg

ice berg Məsləhətlər 13-06-2025, 18:00

Təyyarədə mütləq günəş kremi istifadə edilməlidir: Dermatoloq

Təyyarədə mütləq günəş kremi istifadə edilməlidir: Dermatoloq

Bir çox aviasərnişinlər təyyarədə pəncərə kənarında oturmağı üstün tutur, lakin onlar çox vaxt bu ən arzuolunan yerlərin hansı təhlükəni daşıdığını belə bilmirlər. Məsələ burasındadır ki, yüksək hündürlükdə günəş daha parlaq və güclü şəkildə şüa saçır. Buna görə sərnişinlər, təyyarənin içində olsalar belə, xüsusilə də pəncərə kənarında otururlarsa, daha güclü ultrabənövşəyi (UV) şüalanmaya məruz qalırlar. 

 

Loading.aZ bu barədə bir sıra elmi məqalələrə və dermatoloqların fikirlərinə istinadla xəbər verir.

 

Dermatoloq həkim Elizabet Cons bildirir ki, qeyri-müntəzəm uçanlar üçün real risk çox güman ki, azdır, işə görə tez-tez uçan insanlar, xüsusilə kabinədə oturanlarön şüşənin ölçüsünü nəzərə alaraq, ultrabənövşəyi şüaya daha çox məruz qalırlar.


Avstraliyalı stüardessa Kayla da daha əvvəl yüksək hündürlükdə günəşdən qoruyucu kremdən istifadə etməyi tövsiyə etmişdi.

 

“Uçuşlarda gizli bir təhlükə var və məncə, insanların əksəriyyəti bundan xəbərsizdir. Bu, Ultrabənövşəyi = (UV) şüalanmadır. Yuxarıda UV şüaları inanılmaz dərəcədə güclüdür, buna görə mən mütləq uçuşdan əvvəl və uçuş zamanı günəşdən qoruyucu krem çəkirəm”, – Kayla bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 158 167 180 174 137

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.