ice berg

ice berg Avto Dünya 14-06-2025, 07:00

10 ən ucuz idman avtomobili

10 ən ucuz idman avtomobili

Avtomobil satışı ilə bağlı məlumatları təhlil edən “HotCars” portalının məlumatına görə, 2008-ci ilin “Dodge Caliber SRT-4” ən ucuz işlənmiş idman avtomobilləri siyahısına başçılıq edir.

 

Loading.aZ xəbər verir ki, “Dodge Caliber SRT-4”də 285 at gücü hasil edən 2,4 litrlik turbo mühərrik yerləşdirilib. Sürət qutusu altı pilləli mexanikidir. İkinci yeri 2004-cü ildə buraxılmış “Dodge Neon SRT-4” tutub. Bu avtomobil 230 at gücü hasil edən 2,4 litrlik mühərriklə təchiz edilib.

 

Üçüncü yerdə 2010-cu ilin “Mazda Mazdaspeed 3” modelidir. Bu hetçbekin elektrik bloku 263 at gücünə malik 2,3 litrlik turbo mühərrikdir. Avtomobil altı pilləli mexaniki sürət qutusu ilə təchiz edilib.


Sonrakı yerdə 2003-cü il “Ford Focus SVT”, 2014-cü il “Ford Focus ST”, 2014-cü il “Ford Fiesta ST”, 2015-ci il “Volkswagen Golf GTi”, 2016-cı il “Lincoln MKS Ecoboost”, 2018-ci il “Honda Civic Si” və 2010-cu il “Subaru Impreza WRXi” var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
208 200 183 177 155 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.