HASANLY

HASANLY Xəbərlər 13-06-2025, 12:38

Tramp İsrailin İrana zərbələrindən sonra Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb

Tramp İsrailin İrana zərbələrindən sonra Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb

ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) üzvləri ilə müşavirə keçirəcək.

Loading.Az xəbər verir ki, Trampın dərc olunmuş qrafikində görüşün Bakı vaxtı ilə saat 19:00-da Ağ Evin Situasiya otağında keçiriləcəyi qeyd olunub.

Bu, qapalı müşavirələrin keçirilməsi üçün mühafizə olunan bir otaqdır.

MTŞ - milli təhlükəsizlik və xarici siyasət sahəsində ən vacib məsələlərin həlli və bu sahələrə məsul olan bütün əsas qurumların fəaliyyətlərinin əlaqələndirilməsi üçün prezident yanında məsləhət orqanıdır. Onun daimi üzvləri, Ağ Evin başçısı ilə yanaşı, vitse-prezident, dövlət katibi, müdafiə naziridir.

Daha əvvəl İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana "preventiv zərbə" endirdiyini bəyan edib və ölkə sakinlərini İran tərəfindən tezliklə cavab hücumu ehtimalı barədə xəbərdar edib. Bununla əlaqədar o, ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə göstəriş verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
126 131 162 173 156 137

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.