ice berg

ice berg Qadın Dünyası 14-06-2025, 12:00

Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bəzənir?

Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bəzənir?

Qadınlar özünü dərk edəndən gözəl görünməyə can atırlar.

 

Kamil gözəlliyə çatmaq üçün ən ağlasığmaz addımları atmağa belə hazır olurlar.

 

Bəs qadınların gözəl görünmək istəyi nədən qaynaqlanır?

 

Psixoloq Könül İsmayılova deyib ki, xanımlar o qədər mükəmməllik axtarışında olur ki, o mükəmməlliyin içində itib batırlar;

 

"Şüur altı təfəkkürdə qadınlar adətən bəylər üçün bəzənirlər, əks cinsin diqqətini cəlb etmək üçün gözəl görünməyə çalışırlar. Daha sonra özünü təsdiqləmək və estetik baxımdan necə mükəmməl olduğunu göstərmək istəyi gəlir. Təbii ki, xanımlar baxımlı olmalıdır. Ancaq qadının bəzək-düzəyi norma daxilində olmalıdır. Əgər o normanı aşırsa, xanımın gözəl görünmək arzusu onu artıq xəstəlik dərəcəsinə çatdırır.Xanımın gözəl görünməyə can atması normal haldır, amma bu istək həddindən ziyadə çox olanda, bütün fikrini-zikrini bunun üzərində cəmləşdirəndə həm cəmiyyətdən qopmağa başlayır, həm dostları, həm ailəsi ilə münasibətləri korlanmağa başlayır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
221 207 194 187 235 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.