HASANLY

HASANLY Xəbərlər 13-06-2025, 13:17

Ziddiyyətli bəyanatlar: İran ABŞ-ni ittiham edir, Rubio zərbələrdə iştirakını inkar edir

Ziddiyyətli bəyanatlar: İran ABŞ-ni ittiham edir, Rubio zərbələrdə iştirakını inkar edir

Təl-Əviv və Tehran arasında gərginlik fonunda İranın Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, İsrailin İrana endirdiyi zərbələr ABŞ-nin xəbəri və koordinasiyası olmadan həyata keçirilə bilməzdi.

Loading.Az-ın verdiyi məlumata görə, İslam Respublikası XİN-in yaydığı açıqlamada ABŞ-nin bu hadisəyə görə məsuliyyət daşıyacağı vurğulanıb.

"Sionist rejimin İrana qarşı təcavüzkar hərəkətləri Ağ Evin razılığı və koordinasiyası olmadan mümkün deyildi. Bu səbəbdən həmin rejimin başlıca himayədarı olan ABŞ hökuməti bu avantüranın təhlükəli nəticələrinə görə məsuliyyət daşıyacaq", - deyə bəyanatda vurğulanıb.

Eyni zamanda, ABŞ dövlət katibi Marko Rubio yazılı bəyanatla çıxış edərək bildirib ki, Vaşinqton İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda iştirak etməyib və bu hücumlara dəstək verməyib.

"Dünən axşam İsrail İrana qarşı birtərəfli hərəkət etdi. Biz bu zərbələrdə iştirak etməmişik, əsas məqsədimiz isə bölgədəki ABŞ qüvvələrinin müdafiəsidir", - deyə o vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
175 178 156 145 145 149

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.