cabir

cabir Xəbərlər 13-06-2025, 12:20

İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi öldü

İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi öldü

İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi ölüb.

Bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.          

Ölənlər Əbdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mətləbizadə, Məhəmmədmehdi Tehranci və Feridun Abbasidir.

Bildirilib ki, bu hücum İranın elmi potensialına və texnoloji inkişafına ciddi zərbə vurmaq məqsədi daşıyıb. Çünki sözügedən alimlər ölkənin nüvə proqramının inkişafında mühüm rol oynayıb və beynəlxalq elmi dairələrdə tanınmış mütəxəssislər olub.

"Məhəmmədmehdi Tehranci İran Azad Universitetinin rektoru və nüvə fizikası sahəsində tanınmış alim idi. Feridun Abbasi isə əvvəllər İranın Atom Enerjisi Təşkilatının rəhbəri vəzifəsində çalışıb və 2010-cu ildə ona qarşı sui-qəsd cəhdi olub", - məlumatda qeyd edilib.// Sun.Az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
123 120 149 126 163 142

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.