HASANLY

HASANLY İdman 16-06-2025, 12:58

Hakan Çalhanoğlu "Qalatasaray" rəsmiləri ilə görüşmək üçün İstanbula gedəcək

Hakan Çalhanoğlu "Qalatasaray" rəsmiləri ilə görüşmək üçün İstanbula gedəcək

"Qalatasaray" "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etməkdə maraqlıdır.

Loading.Az "SporX"ə istinadən xəbər verir ki, Türkiyə nəhəngi yaxın günlərdə İstanbulda 31 yaşlı futbolçunun agenti ilə görüşəcək.

"Qalatasaray" hələ ki, "İnter"ə rəsmi təklif göndərməyib.

Bir neçə gün öncə İtaliya klubunun Çalhanoğlunu 35-40 milyon avroya satmağa hazır olduğu barədə xəbərlər yayılıb.

Qeyd edək ki, yarımmüdafiəçi 2021-ci ildən "İnter"də çıxış edir. 2024/25 mövsümündə bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun İtaliya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 162 204 219 208 142

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.