HASANLY

HASANLY İdman 16-06-2025, 13:32

"Real Madrid" "Liverpul"un daha bir ulduzunu transfer etmək istəyir

"Real Madrid" "Liverpul"un daha bir ulduzunu transfer etmək istəyir

"Real Madrid" klubu növbəti mövsümün sonunda "Liverpul"la müqaviləsinin müddəti başa çatacaq İbrahima Konatenin transferində maraqlıdır.

Loading.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Madrid təmsilçisində 2026-cı ilin yayı üçün bir nömrəli transfer hədəfi olaraq seçilib.

Qeyd edək ki, Konate 2021-ci ildən formasını geyindiyi "Liverpul" klubunda 132 oyun keçirib, 5 qol vurub, 4 qolun ötürməsini edib. Onun "mersisaydlılar" ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaq.

Xatırladaq ki, "Real Madrid" daha öncə "Liverpul"un sabiq futbolçusu Trent Aleksandr-Arnoldu azad agent olaraq transfer etmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
321 304 298 269 303 280

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.