ice berg

ice berg Məşhurlar 17-06-2025, 22:00

"İndi qadınlar mənə nömrələrini verirlər ki, onu oğluma ötürüm" - Arnold Şvartsenegger

"İndi qadınlar mənə nömrələrini verirlər ki, onu oğluma ötürüm" - Arnold Şvartsenegger

77 yaşlı Arnold Şvartsenegger zarafatla etiraf edib ki, artıq qadınların diqqəti ona yox, 31 yaşlı oğlu Patrikə yönəlib. Patrik yeni mövsümündə yayımlanan "Ağ Lotus" serialının ulduzlarından biridir.

 

Loading.aZ xarici KİV-ə istinadla bildirir ki, əfsanəvi aktyorun sözlərinə görə, Patrikin serialda özünü bəyənmiş protein kokteylləri həvəskarı Sekson Retliff obrazını canlandırmasından sonra vəziyyət tam dəyişib.

 

"Əvvəllər idman zalında qızlar yanıma yaxınlaşır və əlaqə nömrələrini verirdilər. 'Ağ Lotus' yayımlandıqdan sonra isə yaxınlaşıb deyirlər: “Bu mənim nömrəmdir - Patrikə verərsən'", - Arnold gülərək deyib.


Şvartseneggerin sözlərinə görə, oğlu uzun müddət yalnız "Terminatorun oğlu" kimi qəbul olunmaqdan çətinlik çəkib.

 

"O tez-tez gileylənirdi: “Müsahibə verdim, sualların üçdə ikisi sənin haqqında idi”. Amma bu yaxınlarda Nyu-Yorkda bir jurnalist mənə yaxınlaşıb soruşdu: “Patrik Şvartseneggerin atası olmaq necə hissdir?"

 

Arnold fəxrlə əlavə edib: "Əgər oğlumun məni keçdiyini bilərək ölsəm, xoşbəxt olaram".

 

Patrik Arnoldun keçmiş həyat yoldaşı Mariya Şrayverdən olan dörd övladından biridir. Aktyorun həmçinin Mildred Baena adlı ev işçisindən olan nigahdankənar oğlu Cozef də var.

 

Patrik tezliklə Al Paçino ilə tərəf-müqabili olduğu "Billy Knight" adlı müstəqil dram filmində ekranlarda görünəcək. Arnold isə bu arada Netflix-də yayımlanan "FUBAR" serialının ikinci mövsümü ilə ekranlara qayıdıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
214 219 208 194 179 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.