cabir

cabir Xəbərlər 18-06-2025, 15:30

"Rossiya 1"dən Azərbaycana növbəti hörmətsizlik

"Rossiya 1"dən Azərbaycana növbəti hörmətsizlik

Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib.       Sun.Az              

APA-ya istinadən xəbər verir ki, rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib.            

 

İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və nitqində bir neçə dəfə mövcud olmamış qondarma "Artsax"ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin "Artsax" kimi olacağını deyib.

Rusiya "propaqandaçısı" Solovyov güya ermənilərin İrəvandan min illər əvvəl Qarabağda yaşadıqlarını iddia edib.

Qeyd edək ki, "Rossiya 1"in efirində, eləcə də şəxsən V.Solovyov tərəfindən Azərbaycana qarşı analoji hallar dəfələrlə baş verib.

   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
142 154 149 164 159 159

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.