Kukulka

Kukulka Şeirlər 23-09-2017, 16:58

Olanda

Olanda


Dindir məni hərdən, gözəlim, fürsət olanda,
Vəslin bizə bir an, nə olar, qismət olanda?

Bax, gör məni zülfün nə pərişanlığa saldı,
Bir gün açaram dərdimi cəmiyyət olanda.

Yüzlərcə cəfa etsən, unutmaz səni könlüm,
Fikirimdəsən, ey gül, yenə hər söhbət olanda.

Biganə əgər olmasa, tez vəslə yetərdik,
Kim xeyr görüb düşməni kəmfürsət olanda?


Zülfün ki, ruyunu, chox qorxuram ondan,
Aləm toxunar bir-birinə zülmət olanda.


Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun,
Bülübül dayanarmı gülünə həsrət olanda?


Vahid, hələ qarşında böyük bir gələcək var,
Dünya bizə ləzzət verəcək cənnət olanda!


Müəllif: Əliaga Vahid

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
646 589 618 655 601 645

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.