ice berg

ice berg Məsləhətlər 18-06-2025, 19:00

Arıqlamaq üçün səhərlər nə yeməliyik? - Diyetoloqdan məsləhət

Arıqlamaq üçün səhərlər nə yeməliyik? - Diyetoloqdan məsləhət

Arıqlamaq istəyən insanlar üçün səhər yeməyi düzgün planlaşdırılsa, artıq çəkidən qurtulmaq daha asan ola bilər.

 

Loading.aZ xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Yuliya Çexonina danışıb.

 

Mütəxəssis bildirib ki, səhər yeməyi gün ərzində enerji balansını tənzimləyir, həddindən artıq yeməyin qarşısını alır və maddələr mübadiləsini sürətləndirir.

"Səhər acqarına bir stəkan su içmək mədə fəaliyyətini aktivləşdirir, bu da həzm prosesinə müsbət təsir göstərir. Bundan əlavə, səhər içilən kofe qan damarlarına faydalı təsir edir və bədənin oyanmasına kömək edir", - deyə Çexonina qeyd edib.

 

Onun sözlərinə görə, səhər yeməyi yuxudan oyandıqdan ən gec yarım saat sonra qəbul edilməlidir. Bu zaman menyuda mütləq zülalla zəngin qidalar - yumurta, kəsmik və ya yoğurt yer almalıdır.

 

Diyetoloq sıyıqları (yarmaları) şəkərlə deyil, təbii alternativlərlə - giləmeyvə və ya quru meyvələrlə şirinləşdirməyi tövsiyə edib.

 

Mütəxəssisin fikrincə, bu sadə qaydalara əməl etməklə səhər yeməyi bədəni formada və sağlam saxlamaq, arıqlamaq istəyənlər üçün mühüm vasitəyə çevrilə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
140 173 184 150 166 161

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.