Şimali Koreyadan İrana dəstək:"İsrail Yaxın Şərqin xərçəng xəstəliyidir"
İsrailin təcavüzkar hücumundan sonra İranın cavab tədbirləri ilə davam edən qarşıdurmalar yeddinci günə qədəm qoyub. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində hər iki bölgə ciddi ziyan görüb. Bu ərəfədə İrana dəstək verdiyini açıqlayan Şimali Koreya İsrailin hava hücumlarını sərt tənqid edib.
Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) vasitəsilə verdiyi bəyanatda İsraili "Yaxın Şərqdə sülh üçün xərçəng xəstəliyinə tutulmuş bir qurum" və "qlobal sülh və təhlükəsizliyin məhv edilməsinin əsas günahkarı" adlandırıb.






