İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (CFO) 51-ci sessiyası 21-22 iyun tarixlərində İstanbulda, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə "Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı" mövzusu altında keçiriləcək. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, İran-İsrail münaqişəsinin yaratdığı gərgin şəraitdə baş tutacaq tədbirdə 40-dan çox xarici işlər nazirinin, o cümlədən İranın xarici işlər naziri Abbas Arakçinin iştirak edəcəyi gözlənilir.
Tədbirin açılış nitqini Kamerunun xarici işlər naziri Lejeune Mbella Mbella edəcək.






