Kəşfiyyatçı olduğu hesab edilən 54 nəfər saxlanıldı
İranın Xuzistan əyalətində İsrail kəşfiyyatçısı hesab edilən 54 nəfər saxlanılıb. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, Xuzistan Baş Prokuroru Əmir Halfiyan təhlükəsizlik araşdırmaları çərçivəsində İsrailin müxtəlif üsullarla hücumlara başladığını açıqlayıb.
Baş Prokuror bildirib ki, İran əleyhinə təbliğat aparan və cəmiyyətdə iğtişaşlar yaratmağa çalışan şəxslər müəyyən edilərək saxlanılıb.






