ice berg

ice berg Heyvanlar aləmi 25-06-2025, 11:00

Pişiklər səhərlər niyə sahiblərini oyadır?

Pişiklər səhərlər niyə sahiblərini oyadır?

Əgər hər səhər sevimli pişiyiniz sizi erkən oyadırsa, bilin ki, tək deyilsiniz. Bəs bu davranışın səbəbi nədir?

 

Loading.aZ bununla bağlı məlumatları sizə təqdim edir:

 

Niyə pişiklər səhərlər daha fəaldır?

Əsas səbəb pişiklərin bioloji təbiətindən qaynaqlanır. Mütəxəssislər bildirir ki, pişiklər alatoran heyvanlardır – yəni onlar sübh və axşam saatlarında daha aktiv olurlar. Bu davranış onların vəhşi əcdadlarından miras qalıb, çünki vəhşi pişiklər ov etmək üçün məhz günəş doğarkən və batarkən hərəkətə keçirdilər. Ev pişikləri artıq ov etmirlər, çünki yeməkləri qabaqda hazır olur, lakin bu instinktiv davranışlar genetik olaraq hələ də davam edir.

 

Qidalanma saatı və vərdişlər

Mütəxəssislərin sözlərinə görə, əgər pişiyinizi yatmazdan əvvəl yemləmirsinizsə, o zaman o, sübh vaxtı ac qalaraq sizi oyatmaq istəyə bilər. Pişiklər vaxt cədvəlinə tez öyrəşirlər, buna görə də onlar sizi şənbə və bazar günləri belə vaxtında oyatmaq istəyə bilərlər – çünki həftəiçi yeməyi eyni saatda almaları onlarda "gözləmə vərdişi" formalaşdırır.

 

Səhər miyoldama nə deməkdir?

Əgər pişiyiniz əvvəl etmədiyi halda qəfildən səhərlər miyoldamağa başlayıbsa, bu bir xəstəliyin əlaməti də ola bilər. Belə hallarda mütləq baytara müraciət edin. Digər tərəfdən, pişik bəzən sadəcə diqqət çəkmək üçün də belə edə bilər. Əgər siz hər dəfə miyoldadıqdan sonra ona yemək, sığal və ya diqqət göstərmisinizsə, o zaman bu davranışı "mükafatla əlaqələndirib" və təkrarlayacaq.

 

Pişiyi səhər oyatmaq vərdişindən necə çəkindirmək olar?

Ekspertlər bu davranışı dəyişmək üçün zərərsiz və təsirli metodlar təklif edir:

 

1. Otağı qaraldın

Gecə otağın pərdələrini tam örtün və işığın daxil olmasının qarşısını alın. Beləliklə, pişik sübhü tanıya bilməyəcək.

 

2. Yatmazdan əvvəl yemləyin

Pişiyə gecə yatmazdan öncə yemək verin ki, səhər ac qalmasın və sizi oyatmasın.

 

3. Əyləncəli oyuncaqlar alın

Xüsusilə pişik nanəsi ilə zənginləşdirilmiş interaktiv oyuncaqlar pişiyin diqqətini yayındıracaq və onu daha sakit edəcək.

 

4. Miyoldamasını bir neçə gün ignor edin

Ən çətin, amma effektiv üsullardan biridir. Səhərlər pişiyiniz miyoldayanda cavab verməyin. Onun bu davranışdan mükafat gözləmədiyini anlamasına kömək edəcək.

 

Qeyd: Pişiklər heç vaxt qəsdən pislik etmirlər. Onların davranışı instinkt və vərdişlərlə formalaşır. Ona görə də əzizləmə və sakit yanaşma ilə davranışları dəyişmək mümkündür.

 

Nəticə: Səbr və ardıcıllıq

Əgər siz yuxusuzluqdan əziyyət çəkirsinizsə və səhərlər pişiyiniz tərəfindən oyadılırsınızsa, bu vərdişi dəyişmək mümkündür. Əsas şərt:

 

pişiyə bağırmamaq,

 

onu qorxutmamaq və

 

davamlı, ardıcıl şəkildə düzgün yanaşmaqdır. Beləliklə, həm siz rahat yatarsınız, həm də pişiyiniz yeni, sağlam rejimə uyğunlaşar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
200 152 162 192 156 176

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.