HASANLY

HASANLY Xəbərlər 25-06-2025, 12:49

ABŞ İsraillə İran arasında müharibənin başa çatdığını açıqladı

ABŞ İsraillə İran arasında müharibənin başa çatdığını açıqladı

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff İsraillə İran arasında müharibənin başa çatdığını bəyan edib.

Loading.Az xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.

"Heç kim bir-birinə atəş açmır. Hər şey bitdi", - deyə Uitkoff bildirib.

Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri isə qeyd edirlər ki, tərəflərin bir-birini atəşkəsi pozmaqda ittiham etməsinə baxmayaraq, İsrail və İranın atəşkəsi qoruduqları görünür.

Xatırladaq ki, iyunun 24-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini bəyan etmişdi. Onun sözlərinə görə, 24 saat sonra dünya 12 günlük müharibənin rəsmi sonunu qarşılayacaq. Tramp əlavə etmişdi ki, bu atəşkəs əbədi davam edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
186 163 165 141 156 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.