HASANLY

HASANLY Xəbərlər 27-06-2025, 16:10

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"a məxsus hərbi obyektə zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"a məxsus hərbi obyektə zərbə endirib

İsrailin hərbi təyyarələri Livanın cənubunda yerləşən və "Hizbullah" hərəkatının atəşə nəzarət, həmçinin müdafiə məqsədilə istifadə etdiyi obyektə hava zərbələri endirib.

Loading.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

Bəyan edilib ki, həmin obyektin mövcudluğu və onun yenidən bərpası İsrail və Livan arasında atəşkəsə dair razılaşmaların kobud şəkildə pozulması deməkdir.

Verilən məlumata əsasən, sözügedən obyekt daha əvvəl İsrail Ordusunun zərbələri nəticəsində tamamilə sıradan çıxarılmış mühüm yeraltı infrastrukturun bir hissəsi olub. SAXAL bildirib ki, obyektin bərpası cəhdləri aşkarlandıqdan sonra bölgədə "terror infrastrukturuna" məxsus digər hədəflərə də zərbələr endirilib.

"Hizbullah"ın bu obyekt üzərindən fəaliyyətini bərpa etməsinə imkan verilməyəcək və İsrailə yönələn hər cür təhlükə aradan qaldırılacaq", - deyə İsrail Ordusunun açıqlamasında qeyd olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
155 182 161 192 156 173

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.