HASANLY

HASANLY Xəbərlər 28-06-2025, 15:52

Rusiyada OMON-çular tərəfindən öldürülən qardaşlar iş adamı olublar

Rusiyada OMON-çular tərəfindən öldürülən qardaşlar iş adamı olublar

Rusiyada OMON-çular tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərovlarla bağlı yeni detallar məlum olub.

Loading.Az E1.ru-ya istinadən xəbər verir ki, qardaşlar Yekaterinburqda "Kaspiy" kafesinin sahibi olublar.

Onların adı hallanan cinayət işi də bu kafenin qarşısında baş verib. Belə ki, 2001-ci ildə azərbaycanəsilli Yunis Paşayev məhz bu kafenin qarşısında mətbəx bıçağı ilə qətlə yetirilib.

Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğulları Kamal Qədiməli oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov öldürülüblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
199 172 148 195 161 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.