Bizik
🌹📚☘️
Nə dünya qocalır, nə də zəmanə,
Zamanın əlində qocalan bizik.
Odunu, közünü verib illərə,
Oddan külə dönüb puç olan bizik.
🌹📚☘️
Doğulan hər körpə, gələn hər bahar,
Qoca dünyamızı cavanlaşdırar,
Zaman təzəsini yaradar, qurar,
Tökülən, sökülən, saçılan bizik.
🌹📚☘️
Dünyanın gəncliyi - öz dövrəsində,
Torpağın gəncliyi - göy pöhrəsində.
Körpə nəvələrin gül çöhrəsində
Gül kimi yenidən açılan bizik.
🌹#BəxtiyarVahabzadə







