HASANLY

HASANLY Xəbərlər 2-07-2025, 16:05

Azər Qasımlının məhkəməsi başladı

Azər Qasımlının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Loading.Az-ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə A.Qasımlının müdafiəçisi Aqil Layıc bir neçə vəsatətlə çıxış edib. Müdafiəçi zərərçəkmiş Qurbanəli Yusifovla A.Qasımlı arasındakı yazışmaların sübut kimi qəbul edilməsi, Mingəçevir Rayon Məhkəməsi və Şəki Kommersiya Məhkəməsində qeydə alınmış videogörüntülərin sübutlar siyahısına əlavə edilməsi ilə bağlı vəsatət verib. Vəkil, həmçinin, əlavə şahidlər- Rəvan Məmmədov və Nəriman İsmayılovun məhkəmədə dindirilməsini istəyib.

Müdafiəçi A.Qasımlının şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşdirilməsini də istəyib.

Digər vəkil Rövşanə Rəhimli məhkəmə prosesində iştirak etməyib. O, məhkəməyə ərizə ilə müraciət edərək cinayət işinə xitam verilməsini istəyib. Həmçinin, şahidlərin siyahısında olan üç nəfərin adının da həmin siyahıdan çıxarılması ilə bağlı vəsatət təqdim edib.

Məhkəmə əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatəti təmin edib. Əlavə sübutların təmin olunması ilə bağlı vəsatət hazırkı mərhələdə baxılmamış saxlanılıb. Müdafiəçilərin digər vəsatətləri təmin edilməyib. Ötən hazırlıq iclasında vəkil A.Layıcın cinayət işinə xitam verilməsi, müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı qaldırdığı vəsatətlər də təmin olunmayıb.

Məhkəmə baxışı iyulun 16-na təyin edilib.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
159 134 142 132 147 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.