AzizA

AzizA Xəbərlər 4-07-2025, 07:30

Ceff Bezosun peyki kosmosda itdi

Ceff Bezosun peyki kosmosda itdi

Amazonun qurucusu Ceff Bezos tərəfindən də maliyyələşdirilən və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynamağı hədəfləyən “MethaneSAT” peykinin texniki nasazlıq səbəbindən kosmosda itdiyi açıqlanıb.

Qlobal metan emissiyalarını ölçmək üçün nəzərdə tutulmuş və Ceff Bezos da daxil olmaqla bir çox qurum tərəfindən maliyyələşdirilən “MethaneSAT” peyki ilə əlaqə kəsilib.

Yaşadığı tam güc itkisinə görə artıq bərpa oluna bilinməyən peyk, missiyasını erkən bitirib.

Qeyd edək ki, 2024-cü ilin martında orbitə buraxılan peyk qısa missiyası ərzində dünyanın müxtəlif yerlərində neft və qaz yataqlarından metan emissiyaları haqqında mühüm məlumatlar toplamağa nail olub.

“MethaneSAT”ın komandası ilk dəfə iyunun 20-də peyklə əlaqəni kəsdiklərini təsdiqləyiblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
182 200 193 199 150 213

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.